...

ABŞ İranın Azərbaycana qarşı dron hücumunu qətiyyətlə pisləyir - Dövlət Departamenti

Siyasət Materials 7 Mart 2026 22:02 (UTC +04:00)
ABŞ İranın Azərbaycana qarşı dron hücumunu qətiyyətlə pisləyir - Dövlət Departamenti
Əliş Abdulla
Əliş Abdulla
Bütün xəbərlər

Bakı. Trend:

ABŞ İranın Azərbaycana qarşı həyata keçirdiyi səbəbsiz pilotsuz təyyarə hücumunu qətiyyətlə pisləyir.

Trend-in məlumatına görə, bu barədə ABŞ Dövlət Departamentinin açıqlamasında bildirilib.

"ABŞ İran rejiminin 5 mart tarixində Naxçıvan Beynəlxalq Hava Limanını və uşaq məktəbini hədəf alan, mülki şəxslər arasında itkilərə və vacib mülki infrastruktura ziyan vuran səbəbsiz pilotsuz təyyarə hücumunu qətiyyətlə pisləyir. Bu zərbələr Azərbaycanın suverenliyinin kobud şəkildə pozulması və İranın təcavüzünün lazımsız şəkildə artması deməkdir. Amerika Birləşmiş Ştatları bu təhdidlərə qarşı mübarizədə Azərbaycanla tam həmrəyliyini ifadə edir. Bölgədəki tərəfdaşlarımızın ərazisinə hücumlar qəbuledilməzdir və ABŞ-ın bu tərəfdaşlara güclü dəstəyi ilə qarşılanacaq", - deyə bildirilib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti