...

Ramazanın 18-ci gününün duası - İftar və imsak vaxtları

Cəmiyyət Materials 7 Mart 2026 19:20 (UTC +04:00)
Ramazanın 18-ci gününün duası - İftar və imsak vaxtları
Fəridə Məmmədova
Fəridə Məmmədova
Bütün xəbərlər

Bakı. Trend:

Sabah Ramazan ayının 18-ci günüdür.

Trend-in məlumatına görə, Qafqaz Müsəlmanları İdarəsinin açıqladığı Ramazan təqviminə əsasən, martın 8-də Bakıda imsak saat 05:38-də, iftar isə saat 18:54-dədir.

Ramazan ayının 18-ci gününün duası:

"Allahummə nəbbihni fihi libərəkati əsharih. Və nəvvir fihi qəlbi biziyai ənvarih. Və xuz bikulli ə-zai ilət-tibai asarih. Bi-nurikə ya münəvvirə qulubil-arifin".

Tərcüməsi:

"İlahi, bu gün məni səhərlərin bərəkəti ilə oyat! Qəlbimi bu səhərlərin ziyası ilə işıqlat! Bədən üzvlərimi bu günün təsirinə tabe olmağa yönəlt! Nuruna and verirəm, ey ariflərin qəlbini nurlandıran Allah".

Allah orucunuzu qəbul etsin!

Məqalədə:
Xəbər lenti

Xəbər lenti