...

Böyük Britaniya 2030-cu ilə qədər ilk hipersəs raketinin prototipini təqdim etməyi planlaşdırır

Dünya xəbərləri Materials 8 Mart 2026 15:24 (UTC +04:00)
İnqilab Məmmədov
İnqilab Məmmədov
Bütün xəbərlər

Bakı. Trend:

Böyük Britaniya 2030-cu ilə qədər ilk hipersəs raketinin prototipini təqdim etməyi planlaşdırır.

Trend xəbər verir ki, bunu Böyük Britaniya müdafiə nazirinin müavini Lyuk Pollard bildirib.

Pollard yazılı cavabında qeyd edib ki, Böyük Britaniya Müdafiə Nazirliyinin hipersəs proqramı 2030-cu ilə qədər nümayiş silahının hazırlanmasını hədəfləyir.

Bundan əvvəl Böyük Britaniya Müdafiə Nazirliyi Londonun 2026-cı ildə digər Avropa ölkələri ilə birlikdə yeni növ yüksək dəqiqlikli və hipersəs silahların hazırlanmasına 400 milyon funt sterlinq xərcləyəcəyini açıqlamışdı.

Xəbər lenti

Xəbər lenti