Bakı. Trend:
İran İslam İnqilabı Keşikçiləri Korpusu (SEPAH) Küveytdəki "Arifcan" ABŞ bazasına raket hücumu həyata keçirib.
Trend-in məlumatına görə, bu barədə "INA" agentliyi xəbər verib.
SEPAH-dan bildiriblər ki, "Arifcan bazasındakı Amerika kontingentinə yüksək dəqiqlikli raketlərlə bir neçə zərbə endirilib".
Hücum nəticəsində mümkün maddi ziyan və ya tələfat barədə məlumat verilməyib.