...

"Hizbullah" İsrail Hərbi Qüvvələrinin əsgər toplama mərkəzinə zərbə endirib

Dünya xəbərləri Materials 7 Mart 2026 22:49 (UTC +04:00)

Bakı. Trend:

"Hizbullah" təşkilatı İsrail Müdafiə Qüvvələrinin əsas əsgər toplama mərkəzinin yerləşdiyi Tel Haşomer bölgəsinə dəqiq idarə olunan raketdən istifadə edərək zərbə endirib.

Trend-in məlumatına görə, bu barədə "Hizbullah"ın hərbi informasiya xidmətinin "Telegram" kanalında yerləşdirilən açıqlamasında bildirilib.

"İslam Müqaviməti döyüşçüləri Livan-İsrail sərhədindən 120 km məsafədə yerləşən Tel Haşomerdəki əsas hərbi obyektə yeni raket silahı ilə zərbə endiriblər", - deyə qeyd olunub.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti