...

Memfis Depay “Korintians”dan ayrılmaq niyyətində deyil

İdman Materials 8 Mart 2026 20:52 (UTC +04:00)
İnqilab Məmmədov
İnqilab Məmmədov
Bütün xəbərlər

Bakı. Trend:

Niderland millisinin üzvü Memfis Depay Braziliyanı tərk etməyi düşünmür.

Trend xəbər verir ki, futbolçuya Türkiyə, Səudiyyə Ərəbistanı və BƏƏ klublarından təkliflər gəlib.

Lakin təcrübəli hücumçu “Korintians”da qalmaq niyyətindədir.

Məlumata görə, o, klubun müqavilə müddətini uzatmaq təklifinə müsbət yanaşa bilər. Memfis Depayın “Korintians”la hazırkı müqaviləsi 2026-cı il avqustun 31-dək qüvvədədir.

Qeyd edək ki, futbolçu daha əvvəl PSV, “Mançester Yunayted”, “Lion”, “Barselona” və “Atletiko” klublarında çıxış edib.

Xəbər lenti

Xəbər lenti