Bakı. Trend:
Fransa Respublikasının Prezidenti Emmanuel Makron İrandakı Fransa vətəndaşlarının Azərbaycan vasitəsilə təxliyəsi üçün şərait yaratdığına görə Prezident İlham Əliyevə təşəkkür edib.
Trend-in məlumatına görə, bunu Emmanuel Makron Azərbaycan Prezidenti İlham Əliyev ilə telefon danışığı zamanı bildirib.
Prezident İlham Əliyev isə telefon zənginə və həmrəylik nümayiş etdirdiyinə görə Makrona təşəkkürünü bildirib.
