...

Tonqada zəlzələ baş verib

Dünya xəbərləri Materials 8 Mart 2026 14:55 (UTC +04:00)
Tonqada zəlzələ baş verib
İnqilab Məmmədov
İnqilab Məmmədov
Bütün xəbərlər

Bakı. Trend:

Tonqa Krallığının ən böyük adası olan Niuatoputapunun cənub sahillərində 6,0 bal gücündə zəlzələ qeydə alınıb.

Trend xəbər verir ki, bu barədə ABŞ Geoloji Xidməti (USGS) məlumat yayıb.

Agentliyin məlumatına görə, zəlzələnin episentri Hihifo şəhərindən 17 kilometr cənub-qərbdə yerləşib. Yeraltı təkanların ocağı isə təxminən 116 kilometr dərinlikdə olub.

Hadisə nəticəsində tələfat və ya dağıntı barədə məlumat verilməyib. Həmçinin sunami təhlükəsi elan olunmayıb.

Xəbər lenti

Xəbər lenti