...

Banqladeşdə yanacaq satışına məhdudiyyətlər tətbiq olunub

Dünya xəbərləri Materials 8 Mart 2026 16:49 (UTC +04:00)
İnqilab Məmmədov
İnqilab Məmmədov
Bütün xəbərlər

Bakı. Trend:

Banqladeşdə Yaxın Şərqdəki qeyri-sabitlik səbəbindən yanacaqdoldurma məntəqələrində yanacaq alışına məhdudiyyətlər tətbiq olunmağa başlanıb.

Trend xəbər verir ki, paytaxt Dəkkədə yerləşən yanacaqdoldurma məntəqələrində uzun növbələr yaranıb.

Bildirilir ki, əksər nəqliyyat vasitələrinin birdəfəyə ala biləcəyi yanacaq miqdarı məhdudlaşdırılıb. Məsələn, iki təkərli nəqliyyat vasitəsi sahiblərinə yalnız iki litr benzin almağa icazə verilir.

Banqladeş Neft Korporasiyası məhdudiyyətləri izah edərək bildirib ki, Yaxın Şərqdə neft ixrac edən ölkələrdəki çətin vəziyyətə görə ölkə sakinləri adi haldan daha çox yanacaq almağa çalışırlar.

Qeyd olunub ki, Banqladeş neft və qaz ehtiyacının təxminən 95 faizini xaricdən idxal edir.

Xəbər lenti

Xəbər lenti