Bakı. Trend:
Vaşinqton rəsmiləri bəzi məhdudiyyətlərin yumşaldılmasına baxmayaraq, Moskva ilə bağlı sanksiya siyasətindən geri çəkilmək niyyətində olmadıqlarını bildirirlər.
Trend xəbər verir ki, bu barədə ABŞ-nin energetika naziri Kris Rayt "CNN News" telekanalına müsahibəsində danışıb.
Nazir eyni zamanda vurğulayıb ki, ABŞ İranın enerji sahəsinə zərbə endirməyi nəzərdə tutmur.
"İranın neft və qaz sənayesinə, eləcə də enerji sektorunun digər obyektlərinə qarşı hər hansı zərbə planlaşdırılmır", – deyə o bildirib.
Rayt əlavə edib ki, Hörmüz boğazında gəmiçilik hərəkətinin yaxın zamanda yenidən normal məcraya düşəcəyinə inanır.