...

İsrail Müdafiə Qüvvələri Tehranda və İranın digər ərazilərində genişmiqyaslı hücumlara başlayıb

Dünya xəbərləri Materials 8 Mart 2026 20:21 (UTC +04:00)
İsrail Müdafiə Qüvvələri Tehranda və İranın digər ərazilərində genişmiqyaslı hücumlara başlayıb
İnqilab Məmmədov
İnqilab Məmmədov
Bütün xəbərlər

Bakı. Trend:

İsrail Müdafiə Qüvvələri (İDF) Tehran və İranın digər ərazilərindəki hədəflərə qarşı yeni genişmiqyaslı hücumlar seriyasına başlayıb.

Trend xəbər verir ki, bu barədə "İDF"nin mətbuat xidməti məlumat yayıb.

İsrail ordusunun mətbuat xidmətinin açıqlamasında bildirilir: "İsrail ordusu Tehranda və İranın digər ərazilərində İran rejiminin hədəflərinə genişmiqyaslı zərbələr endirib".

Xatırladaq ki, fevralın 17-də Vaşinqton və Tehran arasında keçirilən nüvə danışıqlarının ikinci raundu irəliləyişsiz başa çatdıqdan sonra ABŞ İrana yaxın ərazilərdə mövcudluğunu artıraraq Avropa və Yaxın Şərqdəki bazalara 150-dən çox təyyarə yerləşdirib.

Qeyd edək ki, fevralın 26-da Cenevrədə İran və ABŞ arasında İranın nüvə proqramı ilə bağlı danışıqların üçüncü raundu keçirilib. ABŞ Prezidenti Donald Tramp administrasiyasında baş tutan görüş vəziyyətin diplomatik yolla tənzimlənməsi üçün son şans kimi qiymətləndirilirdi. Danışıqlarda konkret razılaşmalar əldə olunmayıb. Tehran uranın zənginləşdirilməsini dayandırmaqdan, nüvə obyektlərini demontaj etməkdən və nüvə proqramının inkişafına müddətsiz məhdudiyyətlər tətbiq etməkdən imtina edib. Fevralın 28-də səhər saatlarında İsrail və ABŞ İrana hərbi hava hücumlarına başlayıb.

İsrail və ABŞ-nin 28 fevralda həyata keçirilən hərbi hava hücumlarında İranın Ali Lideri Ayətullah Seyid Əli Xamenei və onun ailə üzvləri ölüb.

Eyni zamanda İran Ordusunun Baş Qərargah rəisi general-mayor Əbdülrəhim Musəvi, İran İslam İnqilabı Keşikçilər Korpusunun (SEPAH) baş komandanı Məhəmməd Pakpur, İranın Ali Liderinin müşaviri və Müdafiə Şurasının katibi Əli Şəmxani, müdafiə naziri Əziz Nəsirzadə hərbi hava hücumları zamanı ölüblər.

Xəbər lenti

Xəbər lenti