Bakı. Trend:
Oslodakı Amerika səfirliyi partlayış nəticəsində cüzi zədələnib.
Trend xəbər verir ki, bu barədə "Agence France-Presse" Norveç polisinə istinadən məlumat yayıb.
Məlumata görə, partlayış yerli vaxtla təxminən saat 01:00-da baş verib. Partlayış diplomatik nümayəndəliyin binalarından birinə cüzi ziyan vurub. İnsident nəticəsində xəsarət alan olmayıb.
Partlayış yerini və ətraf ərazi polislər, pilotsuz uçuş aparatları və helikopterlərlə nəzarətə götürüb. Polis bir və ya bir neçə potensial cinayətkarı axtarır.
Mikael Dellemyur, Oslo polisi rəisi, “TV2” kanalına bildirib ki, partlayıcı qurğunu bir şəxs işə salıb və istintaq aparılır.
