Bakı. Trend:
İsrail Müdafiə Qüvvələri (İDF) İrandan yeni raket buraxılışlarının qeydə alındığını bildirib.
Trend xəbər verir ki, bu barədə İsrail ordusunun mətbuat xidməti məlumat yayıb.
Məlumata görə, günün əvvəlindən bəri ilk dəfə olaraq ölkənin mərkəzi hissəsinə zərbə endirilib və bir çox ərazidə hava hücumu xəbərdarlığı elan olunub.
Təl-Əviv ərazisində, o cümlədən ətraf bölgələrdə sirena səsləri eşidilib. Siqnal verildikdən qısa müddət sonra partlayışın baş verdiyi bildirilib.
