...

“Mançester Yunayted” İbrahim Sanqare ilə maraqlanır

İdman Materials 8 Mart 2026 14:18 (UTC +04:00)
“Mançester Yunayted” İbrahim Sanqare ilə maraqlanır
İnqilab Məmmədov
İnqilab Məmmədov
Bütün xəbərlər

Bakı. Trend:

"Mançester Yunayted" futbol klubu "Nottinqem Forest" və Fil Dişi Sahili millisinin dayaq yarımmüdafiəçisi İbrahim Sanqare ilə yaxından maraqlanır.

Trend xəbər verir ki, "Nottinqem Forest" 2023-cü ildə təxminən 35 milyon avroya transfer etdikləri futbolçu üçün daha yüksək məbləğ tələb edir.

Cari mövsümdə Sanqare bütün turnirlərdə 32 matçda iştirak edib, iki qol və üç məhsuldar ötürmə ilə yadda qalıb. Futbolçunun klubu ilə hazırkı müqaviləsi 2028-ci ilin yayına qədər nəzərdə tutulub.

Qeyd edək ki, İbrahim Sanqare Fil Dişi Sahili millisinin heyətində 2024-cü ildə Afrika Millətlər Kubokunun qalibi olub.

Xəbər lenti

Xəbər lenti