...

İsrail Hərbi Hava Qüvvələri İranın 400 hədəfini vurub

Dünya xəbərləri Materials 8 Mart 2026 17:16 (UTC +04:00)
İsrail Hərbi Hava Qüvvələri İranın 400 hədəfini vurub
İnqilab Məmmədov
İnqilab Məmmədov
Bütün xəbərlər

Bakı. Trend:

İsrail Hərbi Hava Qüvvələri bir gündə İranın qərb və mərkəz bölgələrində 400 hərbi və sənaye obyektinə zərbə endirib.

Trend xəbər verir ki, bu barədə İsrail Müdafiə Qüvvələri (İDF) mətbuat xidməti məlumat yayıb.

Ordunun mətbuat xidmətinin açıqlamasında qeyd olunur: “İsrail Hərbi Hava Qüvvələri son 24 saat ərzində İranın qərb və mərkəz bölgələrindəki hədəflərə qarşı genişmiqyaslı zərbələr endirib və ballistik raket buraxılış qurğuları ilə silah istehsalı müəssisələri də daxil olmaqla 400-dən çox hədəfi vurub”.

Xatırladaq ki, fevralın 17-də Vaşinqton və Tehran arasında keçirilən nüvə danışıqlarının ikinci raundu irəliləyişsiz başa çatdıqdan sonra ABŞ İrana yaxın ərazilərdə mövcudluğunu artıraraq Avropa və Yaxın Şərqdəki bazalara 150-dən çox təyyarə yerləşdirib.

Qeyd edək ki, fevralın 26-da Cenevrədə İran və ABŞ arasında İranın nüvə proqramı ilə bağlı danışıqların üçüncü raundu keçirilib. ABŞ Prezidenti Donald Tramp administrasiyasında baş tutan görüş vəziyyətin diplomatik yolla tənzimlənməsi üçün son şans kimi qiymətləndirilirdi. Danışıqlarda konkret razılaşmalar əldə olunmayıb. Tehran uranın zənginləşdirilməsini dayandırmaqdan, nüvə obyektlərini demontaj etməkdən və nüvə proqramının inkişafına müddətsiz məhdudiyyətlər tətbiq etməkdən imtina edib. Fevralın 28-də səhər saatlarında İsrail və ABŞ İrana hərbi hava hücumlarına başlayıb.

İsrail və ABŞ-nin 28 fevralda həyata keçirilən hərbi hava hücumlarında İranın Ali Lideri Ayətullah Seyid Əli Xamenei və onun ailə üzvləri ölüb.

Eyni zamanda İran Ordusunun Baş Qərargah rəisi general-mayor Əbdülrəhim Musəvi, İran İslam İnqilabı Keşikçilər Korpusunun (SEPAH) baş komandanı Məhəmməd Pakpur, İranın Ali Liderinin müşaviri və Müdafiə Şurasının katibi Əli Şəmxani, müdafiə naziri Əziz Nəsirzadə hərbi hava hücumları zamanı ölüblər.

Xəbər lenti

Xəbər lenti