Bakı. Trend:
ABŞ qüvvələrinin yerləşdiyi İraqın Ərbil şəhəri yaxınlığındakı hərbi bazaya bir neçə dron hücum edib.
Trend-in məlumatına görə, bu barədə "Safaq News" xəbər portalı məlumat verib.
Məlumata əsasən, bazanın yerləşdiyi Ərbil hava limanının yaxınlığında ən azı üç güclü partlayış baş verib. Bu, son bir neçə saat ərzində ABŞ obyektinə edilən ikinci hücumdur. Hücum edən dronlara zenit topları atəş açıb.