...

Fransa vətəndaşlarına İraqı tərk etməyi tövsiyə edib

Dünya xəbərləri Materials 9 Mart 2026 04:57 (UTC +04:00)
Fransa vətəndaşlarına İraqı tərk etməyi tövsiyə edib

Bakı. Trend:

Fransa hökuməti Yaxın Şərqdə təhlükəsizliyin pisləşməsi fonunda İraqda olan vətəndaşlarına ölkəni tərk etməyi tövsiyə edib.

Trend xəbər verir ki, bu barədə Fransanın Xarici İşlər Nazirliyi məlumat yayıb. Qeyd olunub ki, vətəndaşlar ölkədən ayrılmazdan əvvəl İraqdakı Fransa diplomatik nümayəndəliklərinə özləri barədə məlumat verməlidirlər.

Bundan əlavə, Fransa hökuməti vətəndaşlarına İraqa səfər etməməyi qəti şəkildə tövsiyə edib.

İraqın şimalında yerləşən Ərbil şəhərində hava limanı yaxınlığında baş verən zərbələr nəticəsində təhlükəsizlik qüvvələrinin bir üzvü həlak olub, daha biri isə yaralanıb. Həmçinin, şənbə gecəsi Ərbildə güclü partlayış səslərinin eşidildiyi bildirilib.

Xəbər lenti

Xəbər lenti