...

ABŞ Yaxın Şərqdə “Merops” əks-dron sistemlərini yerləşdirəcək

Dünya xəbərləri Materials 8 Mart 2026 05:54 (UTC +04:00)

Bakı. Trend:

ABŞ İranın hücum dronlarına qarşı müdafiəni gücləndirmək məqsədilə Ukraynada sınaqdan keçirilmiş “Merops” əks-dron sistemlərini yaxın vaxtlarda Yaxın Şərqə yerləşdirməyi planlaşdırır.

Trend-in məlumatına görə, bu barədə “Associated Press” agentliyi iki amerikalı rəsmi şəxsə istinadla məlumat yayıb.

Mənbələrdən birinin sözlərinə görə, ABŞ İran raketlərini məhv etmək üçün “Patriot” və THAAD raketdən müdafiə sistemlərindən uğurla istifadə etsə də, hazırda Yaxın Şərqdə effektiv Amerika dron əleyhinə imkanların sayı məhduddur.

Digər amerikalı rəsmi bildirib ki, ABŞ-ın İranın “Şahid” dronlarına qarşı mübarizə səyləri indiyədək “məyusedici” nəticələr verib.

“Merops” idarə olunan sistemi düşmən pilotsuz uçuş aparatlarına qarşı xüsusi dronlardan istifadə edir. Sistem süni intellektdən istifadə edərək peyk və elektron rabitənin kəsildiyi mühitlərdə belə naviqasiya edə bilir, hədəfi müəyyənləşdirərək ona yaxınlaşır və məhv edir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti