Bakı. Trend:
Almaniya hökuməti Yaxın Şərqdəki gərgin vəziyyətlə əlaqədar Tehrandakı səfirliyinin əməkdaşlarını müvəqqəti olaraq təxliyə edib.
Trend-in məlumatına görə, bu barədə "DPA" agentliyi Almaniya Xarici İşlər Nazirliyinə istinadən xəbər verib.
Almaniya Xarici İşlər Nazirliyi təhlükəsizliklə bağlı narahatlıqlara görə işçilərin müvəqqəti olaraq İrandan çıxarıldığını, lakin səfirliklə təcili əlaqənin mümkün olduğunu bildirib.
"Bu müvəqqəti köçürmə, yanvar ayının ortalarında ehtiyat tədbiri olaraq artıq görülən işçilərin ixtisarı tədbirlərinin davamıdır", - deyə qeyd olunub.