...

"UFC" Ağ Evdə keçiriləcək turnirin əsas döyüşünü elan edib

Maraqlı Materials 8 Mart 2026 11:26 (UTC +04:00)
"UFC" Ağ Evdə keçiriləcək turnirin əsas döyüşünü elan edib
İnqilab Məmmədov
İnqilab Məmmədov
Bütün xəbərlər

Bakı. Trend:

"UFC" iyunun 14-də Ağ Evdə keçiriləcək turnirin əsas döyüşünü rəsmən elan edib.

Trend xəbər verir ki, bu barədə "UFC"nin mətbuat xidməti məlumat yayıb.

Yüngül çəki dərəcəsində çempionluq kəməri uğrunda amerikalı Castin Qetji ilə İspaniya-Gürcüstan təmsilçisi İliya Topuriya qarşılaşacaqlar.

Əvvəllər Topuriya ailə vəziyyəti ilə əlaqədar yüngül çəkidəki titulundan imtina etmişdi. Vakant qalan kəmər uğrunda Castin Qetji və Peddi Pimblett üz-üzə gəlib və amerikalı döyüşçü hakimlərin yekdil qərarı ilə qalib gəlib.

2025-ci ilin iyununda baş tutan son döyüşündə İliya Topuriya braziliyalı Çarlz Oliveyranı nokaut edib. İspaniya-Gürcüstan təmsilçisi hələ də məğlubedilməzliyini qoruyur və 17 qələbəlik rekorda sahibdir.

Xəbər lenti

Xəbər lenti