...

İrandan Azərbaycanın sərhədi vasitəsilə 1873 nəfər təxliyə edilib (FOTO)

Siyasət Materials 8 Mart 2026 12:48 (UTC +04:00)
İrandan Azərbaycanın sərhədi vasitəsilə 1873 nəfər təxliyə edilib (FOTO)
İnqilab Məmmədov
İnqilab Məmmədov
Bütün xəbərlər

Bakı. Trend:

İrandan həm Azərbaycan, həm də digər ölkələrin vətəndaşlarının təxliyəsi davam edir.

Trend-in məlumatına görə, 28 fevral 8.00-dan – 8 mart saat 10:00-dək İrandan müxtəlif ölkələrin vətəndaşları olmaqla ümumilikdə 1873 nəfər təxliyə olunub.

Belə ki, 529 Çin, 309 Azərbaycan, 282 Rusiya, 173 Tacikistan, 123 Pakistan, 57 Oman, 44 İtaliya, 32 İndoneziya, 25 İran, 26 İspaniya, 18 Səudiyyə Ərəbistanı, 17 Yaponiya,16 Fransa, 14 Almaniya, 13 Gürcüstan, 12 Özbəkistan, 10 Bolqarıstan, 10 Konqo, 10 Nigeriya, 8 Braziliya, 8 Böyük Britaniya, 7 Belarus, Birləşmiş Ərəb Əmirlikləri, Slovakiya və Kanadanın hər birinin 6, Serbiya, Qazaxıstan, Əfqanıstan, Avstriya, İsveçrə və Çexiyanın hər birinin 5, Bəhreyn, İordaniya, Şri-Lanka, Ukrayna, Türkiyə, Macarıstan, Belçika Küveyt və Banqladeşin hər birinin 4 vətəndaşı təxliyə edilib.

Siyahıda həmçinin Qətər, Meksika, Filippin, Finlandiya, Rumıniya, Xorvatiyanın hər biri üzrə 3 vətəndaş, Nepal, Livan, Qırğızıstan, Yəmən, Sudan, Hindistan, Kiprin hər biri üzrə isə 2 vətəndaş yer alıb. ABŞ, Polşa, Avstraliya, Tunis, Argentina, Bosniya və Hersoqovina, Latviya, Misir, Myanma, Maldiv adaları, Kuba, Cənubi Afrika, İsveç və Vatikanın hər biri üzrə isə 1 nəfər Azərbaycanın sərhədi vasitəsilə İrandan təxliyə edilib.

Xəbər lenti

Xəbər lenti