Bakı. Trend:
Bu gün Misli Premyer Liqasında 23-cü turun daha iki oyunu keçirilib.
Trend xəbər verir ki, "Şamaxı" doğma meydanda "İmişli"ni qəbul edib və görüş heç-heçə başa çatıb.
"Araz-Naxçıvan" isə "Qarabağ"ın qonağı olub. Ağdam klubu rəqibinə böyük hesabla qalib gəlib.
Turun qalan oyunları martın 9-da və 10-da keçiriləcək.
Misli Premyer Liqası
23-cü tur
8 mart
"Şamaxı" - "İmişli" 0:0
Hakimlər: Vüqar Həsənli, Pərvin Talıbov, Tərlan Talıbzadə, Emin
Əliyev
VAR: Tural Qurbanov
AVAR: Asiman Əzizli
Hakim-inspektor: Ceyhun Həşimov
AFFA nümayəndəsi: Elçin Mehtiyev
Şamaxı şəhər stadionu
"Qarabağ" - "Araz-Naxçıvan" 6:0
Qollar: Montiel 15(p), Andrade 33,36, Duran 64 (p), 90, Musa
Qurbanlı 83
Hakimlər: Rəşad Əhmədov, Elşad Abdullayev, Kərim Zeynalov,
Kamranbəy Rəhimov
VAR: Rauf Cabarov
AVAR: Kamran Bayramov
Hakim-inspektor: İmanxan Sultani
AFFA nümayəndəsi: Seymur Səlimli
Tofiq Bəhramov adına Respublika Stadionu