...

Qırğızıstanda kömür mədənində qaz sızmasə baş verib

Dünya xəbərləri Materials 8 Mart 2026 11:01 (UTC +04:00)
İnqilab Məmmədov
İnqilab Məmmədov
Bütün xəbərlər

Bakı. Trend:

Qırğızıstanın Batken bölgəsində yerləşən kömür mədənində qaz sızması baş verib, nəticədə iki nəfər ölüb, 18 nəfər xəstəxanaya yerləşdirilib.

Trend xəbər verir ki, bu barədə Qırğızıstanın Fövqəladə Hallar Nazirliyi məlumat yayıb.

Fövqəladə hadisə Batken Munai mədənində, Səmərqəndək kəndində baş verib. Xilasedicilər təxminən 200 metr dərinlikdən iki mədənçinin cəsədini çıxararaq hüquq-mühafizə orqanlarına təhvil veriblər. Üçüncü şəxs isə xilas edilib.

Dəm qazından zəhərlənmə diaqnozu ilə rayon xəstəxanasında 18 mədənçi müalicə alıb. Onların vəziyyəti qənaətbəxş kimi qiymətləndirilir.

Xəbər lenti

Xəbər lenti