...

Azərbaycan və Bolqarıstan XİN başçıları İranın PUA hücumuna dair müzakirə aparıblar

Siyasət Materials 8 Mart 2026 17:20 (UTC +04:00)
Azərbaycan və Bolqarıstan XİN başçıları İranın PUA hücumuna dair müzakirə aparıblar
İnqilab Məmmədov
İnqilab Məmmədov
Bütün xəbərlər

Bakı. Trend:

8 mart tarixində Bolqarıstan Respublikasının xarici işlər naziri Nadejda Neynski Azərbaycan Respublikasının xarici işlər naziri Ceyhun Bayramova zəng vurub.

Trend xəbər verir ki, bu barədə XİN məlumat yayıb.

Nazirlər son günlər regionda yaranmış təhlükəsizlik vəziyyəti, o cümlədən Iran tərəfindən Azərbaycan ərazisinə qarşı həyata keçirilmiş dron ilə hücumları barədə barədə müzakirə aparılıb.

Nazir Nadejda Neynski hücumları pisləyib, vəziyyətlə bağlı narahatlığını ifadə edib, regional sabitliyin qorunmasının vacibliyini vurğulayıb. O, həmçinin İranda qalan Bolqarıstan vətəndaşlarının ölkəmizin ərazisindən keçidinə göstərilən dəstəyə görə təşəkkür edib.

Telefon danışığı zamanı tərəflər həmçinin Azərbaycan ilə Bolqarıstan arasında mövcud ikitərəfli əməkdaşlığın cari vəziyyətini və inkişaf perspektivlərini müzakirə ediblər. Enerji təhlükəsizliyi, regional bağlantılar və beynəlxalq təşkilatlar çərçivəsində əməkdaşlıq məsələləri üzrə fikir mübadiləsi aparılıb.

Xəbər lenti

Xəbər lenti