...

Mbappe Madridə geri döndü

İdman Materials 9 Mart 2026 02:56 (UTC +04:00)
Mbappe Madridə geri döndü

Bakı. Trend:

Kilian Mbappe Madrid şəhərinə qayıdıb.

Trend xəbər verir ki, "Real"ın hücumçusu zədələnmiş dizinin müayinəsi üçün getdiyi Parisdən İspaniya paytaxtına qayıdıb. Bildirilir ki, fransalı futbolçu komandanın fizioterapevtləri və bəzi şəxslərin müşayiəti ilə geri dönüb.

Həmçinin Mbappe ilə eyni təyyarədə ispan aktrisa və modeli Ester Exposito də uçub.

Qeyd edək ki, sosial şəbəkələrdə martda onların arasında romantik münasibət olduğunu yazılmış və cütlüyün Madriddəki "Pullman Madrid Airport & Feria" otelinin barında öpüşərkən görüldüyü iddia edilmişdi.

Xəbər lenti

Xəbər lenti