...

Yanvar ayında Azərbaycanda debet kartları ilə əməliyyatlar artıb

İqtisadiyyat Materials 9 Mart 2026 17:14 (UTC +04:00)
Yanvar ayında Azərbaycanda debet kartları ilə əməliyyatlar artıb
Aytac Şirəliyeva
Aytac Şirəliyeva
Bütün xəbərlər

Bakı. Trend:

2026-cı ilin yanvar ayında Azərbaycanda debet kartlarından istifadə etməklə həyata keçirilən əməliyyatların sayı 205,3 milyon ədəd təşkil edib, onların ümumi həcmi isə 10,573 milyard manata çatıb.

Trend Bu barədə Azərbaycan Mərkəzi Bankına istinadən xəbər verir.

Məlumata görə, 2025-ci ilin yanvar ayının göstəriciləri ilə müqayisədə əməliyyatların sayı 39,4 milyon və ya 23,8% artıb, onların ümumi həcmi isə 1,056 milyard manat və ya 11,1% yüksəlib.

2025-ci ilin yanvar ayında debet kartları ilə həyata keçirilən əməliyyatların sayı 165,8 milyon, onların ümumi həcmi isə 9,517 milyard manat olub.

Qeyd edək ki, cari ilin yanvar ayına olan məlumata görə, Azərbaycanda bankların və “Azərpoçt” ASC-nin sistemləri vasitəsilə dövriyyədə olan ödəniş kartlarının sayı əvvəlki ayla müqayisədə 176 min artaraq 22 milyon 156 min ədəd təşkil edib.

2025-ci ilin müvafiq dövrü ilə müqayisədə bu göstərici 11% artıb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti