Bakı. Trend:
ABŞ Prezidenti Donald Tramp rusiyalı həmkarı Vladimir Putinə zəng edərək beynəlxalq vəziyyətinin gedişatını müzakirə edib.
Trend-in məlumatına görə, bu barədə Rusiya prezidentinin köməkçisi Yuri Uşakov deyib.
"Bu axşam Rusiya və ABŞ prezidentləri telefonla danışıblar. Donald Tramp beynəlxalq vəziyyətin hazırkı inkişafı ilə bağlı bir sıra vacib məsələləri müzakirə etmək üçün Vladimir Vladimiroviç Putinə zəng edib", - deyə o bildirib.
R.Uşakovun sözlərinə görə, "təbii ki, diqqət İranla münaqişə ətrafındakı vəziyyətə və ABŞ nümayəndələrinin iştirakı ilə aparılan Ukrayna münaqişəsinin həlli üzrə üçtərəfli danışıqlara yönəldilib".
