Bakı. Trend:
Milli Məclisin sədri Sahibə Qafarovanın tapşırığı ilə Azərbaycan–Latviya parlamentlərarası əlaqələr üzrə işçi qrupunun nümayəndələri Riqada görüşlər keçirirlər.
Trend xəbər verir ki, nümayəndə heyətinə Beynəlxalq Parlamentlərarası İttifaqının (IPU) vitse-prezidenti, Milli Məclisin deputatı Sevil Mikayılova, işçi qrupun rəhbəri Kamran Bayramov və qrupun üzvü, deputat Fazil Mustafa daxildir.
Azərbayacan parlamentariləri martın 9-da Latviyanın kənd təsərrüfatı naziri Armands Krauze ilə görüş keçiriblər.
Görüş zamanı tərəflər iki ölkə arasında aqrar sahədə əməkdaşlıq potensialını müzakirə ediblər.
