...

Od çərçənbəsində tonqalla bağlı 10 yanğın hadisəsi qeydə alınıb - FHN

Cəmiyyət Materials 10 Mart 2026 11:19 (UTC +04:00)
Od çərçənbəsində tonqalla bağlı 10 yanğın hadisəsi qeydə alınıb - FHN
Firayə Nurizadə
Firayə Nurizadə
Bütün xəbərlər

Bakı. Trend:

Bir sıra hallarda Novruz mərasimlərində yanğın təhlükəsizliyi qaydalarının pozulmasına rast gəlinir ki, bu da sonda acı nəticələrə gətirib çıxarır.

Trend xəbər verir ki, bu barədə Fövqəladə Hallar Nazirliyinin Yel çərşənbəsi ilə əlaqədar yanğın təhlükəsizliyinə dair əhaliyə müraciətində bildirilib.

Belə ki, ötən çərşənbə axşamı tonqalla bağlı Nazirliyin yanğından mühafizə bölmələri tərəfindən ümumilikdə 10 yanğın hadisəsinə çıxış qeydə alınıb.

"Göstərilənlərlə bağlı Fövqəladə Hallar Nazirliyi bir daha əhaliyə müraciət edərək, aşağıdakı yanğın təhlükəsizliyi qaydalarına ciddi riayət olunmasına çağırır:

- bayram tonqalı tikili, avtomobil, elektrik naqili, ağac və digər yanar əşyalardan kənarda yandırılmalı;

- tonqalın ətrafına yığışan azyaşlılar mütləq böyüklərin nəzarətində olmalı;

- tonqal üzərindən atılarkən ehtiyatlı olmalı;

- tonqal tam sönənədək nəzarətdə saxlanılmalı;

- süfrələrdə yandırılan şamlar nəzarətsiz qalmamalıdır.

Həmçinin, nəzərə alınmalıdır ki, küləkli hava şəraitində tonqal yandırılması xüsusilə təhlükəli hesab olunur", - deyə müraciətdə qeyd olunub.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti