...

Yanvar ayında Azərbaycanda kredit kartları ilə aparılan əməliyyatların sayı məlum olub

İqtisadiyyat Materials 9 Mart 2026 17:28 (UTC +04:00)
Yanvar ayında Azərbaycanda kredit kartları ilə aparılan əməliyyatların sayı məlum olub
Aytac Şirəliyeva
Aytac Şirəliyeva
Bütün xəbərlər

Bakı. Trend:

2026-cı ilin yanvar ayında Azərbaycanda kredit kartlarından istifadə etməklə həyata keçirilən əməliyyatların sayı 12,439 milyon, onların ümumi həcmi isə 647 milyon manat təşkil edib.

Trend bu barədə Azərbaycan Mərkəzi Bankına istinadən xəbər verir.

2025-ci ilin yanvar ayı ilə müqayisədə kredit kartları ilə əməliyyatların sayı 1,449 milyon və ya 10,4% azalıb, onların ümumi həcmi isə 193 milyon manat və ya 23% geriləyib. 2025-ci ilin yanvar ayında kredit kartları ilə əməliyyatların sayı 13,888 milyon, onların ümumi həcmi isə 840 milyon manat olub.

Qeyd edək ki, cari ilin yanvar ayına olan məlumata görə, Azərbaycanda bankların və “Azərpoçt” ASC-nin sistemləri vasitəsilə dövriyyədə olan ödəniş kartlarının sayı əvvəlki ayla müqayisədə 176 min artaraq 22 milyon 156 min ədəd təşkil edib.

2025-ci ilin müvafiq dövrü ilə müqayisədə bu göstərici 11% artıb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti