...

Bəhreyn 102 raket və 171 PUA-nı məhv edib - Müdafiə Nazirliyi

Dünya xəbərləri Materials 9 Mart 2026 14:18 (UTC +04:00)
Bəhreyn 102 raket və 171 PUA-nı məhv edib - Müdafiə Nazirliyi
İnqilab Məmmədov
İnqilab Məmmədov
Bütün xəbərlər

Bakı. Trend:

Bəhreyn Müdafiə Nazirliyi ölkənin hava hücumundan müdafiə sistemlərinin indiyədək İran mənşəli 102 ballistik raket və 171 pilotsuz uçuş aparatını (PUA) məhv etdiyini açıqlayıb.

Trend bu barədə xarici KİV-ə istinadən xəbər verir.

Nazirliyin məlumatında bildirilir ki, hərbçilərin yüksək hazırlığı və fasiləsiz müşahidəsi sayəsində hava hücumundan müdafiə sistemləri hücum dalğalarına ardıcıl şəkildə cavab verib.

Rəsmilər əhaliyə yalnız zəruri hallarda evdən çıxmağı, təhlükəli ərazilərdən uzaq durmağı, düşən qalıqlara və ya şübhəli əşyalara yaxınlaşmamağı tövsiyə ediblər.

Həmçinin vətəndaşlara məlumatları yalnız rəsmi mənbələrdən izləmək və sosial şəbəkələrdə yayılan şayiələrə inanmamaq çağırışı edilib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti