...

İrandan Azərbaycana ümumilikdə 1918 nəfər təxliyə edilib

Cəmiyyət Materials 9 Mart 2026 11:06 (UTC +04:00)
İrandan Azərbaycana ümumilikdə 1918 nəfər təxliyə edilib
İnqilab Məmmədov
İnqilab Məmmədov
Bütün xəbərlər

Bakı. Trend:

İrandan həm Azərbaycan, həm də digər ölkələrin vətəndaşlarının təxliyəsi davam edir.

Trend-in məlumatına görə, 28 fevral 8.00-dan – 9 mart saat 07:00-dək İrandan müxtəlif ölkələrin vətəndaşları olmaqla ümumilikdə 1918 nəfər təxliyə olunub.

Belə ki, 541 Çin, 314 Azərbaycan, 290 Rusiya, 173 Tacikistan, 123 Pakistan, 57 Oman, 44 İtaliya, 32 İndoneziya, 26 İspaniya, 26 İran, 18 Səudiyyə Ərəbistanı, 17 Yaponiya, 16 Fransa, 14 Almaniya, 13 Gürcüstan, 13 Macarıstan, 12 Özbəkistan, 10 Bolqariya, 10 Konqo Demokratik, 10 Nigeriya, 8 Braziliya, 8 Böyük Brityaniya, 8 Qazaxıstan, 7 Belarus vətəndaşı təxliyə olunub.

Siyahıda həmçinin Slovakiya, BƏƏ, Belçika və Kanadanın hər biri üzrə 6 vətəndaş, Əfqanıstan, Serbiya, Çexiya, İsveçrə, Rumıniya və Avstriyanın hər biri üzrə isə 5 vətəndaş, İordaniya, Şri-Lanka, Ukrayna, Türkiyə Bəhreyn, Küveyt və Banqladeşin hər biri üzrə 4 yer alıb. Filippin, Qətər, Meksika, Finlandiya və Xorvatiyanın hər biri üzrə 3 vətəndaş, Nepal, Livan, Yəmən, Qırğızıstan, Sudan, Hindistan, Kipr, Sloveniya və İsveçin hər biri üzrə 2 vətəndaş, Polşa, Avstraliya, Tunis, Cənubi Afrika, Maldiv adaları, Myanma, Kuba, Vatikan, Argentina, Bosniya və Hersoqovina, Latviya, Misir və ABŞ-nin hər biri üzrə isə 1 nəfər təxliyə edilib.

Qeyd edək ki, 8 martda İranın Ekspertlər Məclisi səsçoxluğu ilə 28 fevralda ABŞ və İsrailin hərbi hava hücumları nəticəsində öldürülən Ali Lideri Ayətullah Seyid Əli Xameneinin oğlu Seyid Muctaba Xameneini İranın 3-cü Ali Lideri seçib.

Xatırladaq ki, fevralın 17-də Vaşinqton və Tehran arasında keçirilən nüvə danışıqlarının ikinci raundu irəliləyişsiz başa çatdıqdan sonra ABŞ İrana yaxın ərazilərdə mövcudluğunu artıraraq Avropa və Yaxın Şərqdəki bazalara 150-dən çox təyyarə yerləşdirib.

Qeyd edək ki, fevralın 26-da Cenevrədə İran və ABŞ arasında İranın nüvə proqramı ilə bağlı danışıqların üçüncü raundu keçirilib. ABŞ Prezidenti Donald Tramp administrasiyasında baş tutan görüş vəziyyətin diplomatik yolla tənzimlənməsi üçün son şans kimi qiymətləndirilirdi. Danışıqlarda konkret razılaşmalar əldə olunmayıb. Tehran uranın zənginləşdirilməsini dayandırmaqdan, nüvə obyektlərini demontaj etməkdən və nüvə proqramının inkişafına müddətsiz məhdudiyyətlər tətbiq etməkdən imtina edib. Fevralın 28-də səhər saatlarında İsrail və ABŞ İrana hərbi hava hücumlarına başlayıb.

İsrail və ABŞ-nin 28 fevralda həyata keçirilən hərbi hava hücumlarında İranın Ali Lideri Ayətullah Seyid Əli Xamenei və onun ailə üzvləri ölüb.

Eyni zamanda İran Ordusunun Baş Qərargah rəisi general-mayor Əbdülrəhim Musəvi, İran İslam İnqilabı Keşikçilər Korpusunun (SEPAH) baş komandanı Məhəmməd Pakpur, İranın Ali Liderinin müşaviri və Müdafiə Şurasının katibi Əli Şəmxani, müdafiə naziri Əziz Nəsirzadə hərbi hava hücumları zamanı ölüblər.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti