Bakı. Trend:
Polis əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri ilə martın 7-də və 8-də ümumi çəkisi 29,8 kiloqrama yaxın narkotik vasitə aşkar olunaraq götürülüb.
Bu barədə Trend-ə Daxili İşlər Nazirliyindən məlumat verilib.
Bildirilir ki, bu istiqamətdə qətiyyətli mübarizə tədbirləri davam etdirilir.
Eyni zamanda, martın 7-də və 8-də polis əməkdaşları paytaxt və respublikanın ayrı-ayrı rayonlarında 4 avtomat silahı, 5 qumbara, 4 alışdırıcı, 14 tüfəng, 3 patron darağı və 91 ədəd müxtəlif çaplı patron aşkar edərək götürüblər.
Daxili İşlər Nazirliyinin əməkdaşları tərəfindən qanunsuz saxlanılan odlu silah-sursatın aşkar olunaraq götürülməsi istiqamətində əməliyyat və profilaktik tədbirlər davam etdirilir.
