...

İranın dron hücumlarından sonra Bəhreynin “Bapco Energies” şirkəti “fors-major” elan edib

Dünya xəbərləri Materials 9 Mart 2026 11:31 (UTC +04:00)
İranın dron hücumlarından sonra Bəhreynin “Bapco Energies” şirkəti “fors-major” elan edib
Fərhad Məmmədov
Fərhad Məmmədov
Bütün xəbərlər

Bakı. Trend:

Bəhreynin “Bapco Energies” şirkəti qrup əməliyyatları üzrə fors-major elan etdiyini bildirib.

Trend bu barədə xarici KİV-ə istinadən xəbər verir.

Məlumata görə, fors-major fövqəladə vəziyyətlərdə tərəfləri öhdəliklərin yerinə yetirilməməsinə görə məsuliyyətdən azad edən müddəadır - bu hal öhdəliklərin icra olunmamasının tərəflərin nəzarətindən kənar baş verən hadisələrlə bağlı olduğu vəziyyətlərə şamil edilir.

Bəyanat ölkədəki “Bapco neft emalı zavodunun yerləşdiyi istiqamətdən qalın tüstünün yüksəldiyi barədə məlumatların yayılmasından sonra verilib.

“Bapco” Bəhreynin əsas neft emalı zavodu və ölkənin enerji sektorunda mühüm əhəmiyyət daşıyan obyektlərdən biridir.

KİV yazır ki, Sitra bölgəsində İranın pilotsuz uçuş aparatının hücumu nəticəsində xəsarət alanlar və dağıntılar olub.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti