Bakı. Trend:
Martın 10-da gözlənilən hava şəraiti açıqlanıb.
Trend Milli
Hidrometeorologiya Xidmətinə istinadən xəbər verir ki, sabah Bakıda
və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu olacağı,
arabir tutulacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir. Lakin
9-dan 10-da keçən gecə bəzi yerlərdə az yağıntılı olacağı ehtimalı
var. Şimal-şərq küləyi gündüz cənub-şərq küləyi ilə əvəz
olunacaq.
Havanın temperaturu gecə 2 dərəcədən 4 dərəcəyədək, gündüz 5
dərəcədən 8 dərəcəyədək olacaq. Atmosfer təzyiqi 776 mm civə
sütunundan 779 mm civə sütununa yüksələcək. Nisbi rütubət gecə
70-80 %, gündüz 60-65 % təşkil edəcək.
Azərbaycanın rayonlarında bəzi yerlərdə arabir yağıntılı olacağı,
dağlıq ərazilərdə qar yağacağı gözlənilir. Gecə və səhər bəzi şərq
rayonlarında arabir intensivləşəcəyi ehtimalı var. Axşama doğru
yağıntılar tədricən kəsiləcək. Bəzi yerlərdə arabir duman olacaq.
Mülayim qərb küləyi əsəcək.
Havanın temperaturu gecə 0 dərəcədən 4 dərəcəyədək, gündüz 5
dərəcədən 10 dərəcəyədək, dağlarda gecə -8 dərəcədən -13
dərəcəyədək, yüksək dağlıq ərazilərdə -15 dərəcədən -20
dərəcəyədək, gündüz -2 dərəcədən -7 dərəcəyədək olacaq.
