Bakı. Trend:
Bu ilin yanvar ayında Azərbaycanda 1,194 milyard ədəd siqaret istehsal edilib.
Trend Dövlət Statistika Komitəsinə istinadən xəbər verir ki, bu, 2025-ci ilin eyni dövrü ilə müqayisədə 38,1% çoxdur.
Fevralın 1-nə ölkədə hazır məhsul ehtiyatı 1,264 milyard ədəd təşkil edib.
Bundan başqa, 2026-cı ilin yanvar ayında Azərbaycanda 49,9 ton tütün istehsal edilib ki, bu da illik müqayisədə 66,8% azdır. Bu ilin fevralın 1-nə ölkədə sözügedən məhsul üzrə hazır ehtiyat 150,4 tona bərabər olub.
Qeyd edək ki, 2026-cı ilin yanvar ayında pərakəndə ticarət şəbəkəsində əhaliyə 5,293 milyard manatlıq məhsul satılıb, xidmət subyektləri tərəfindən 1,264 milyard manatlıq ödənişli xidmət göstərilib. Sözügedən məhsullar üzrə ticarət dövriyyəsinin xüsusi çəkisi yekunda 4,1% təşkil edib.
