...

Xilasedicilər dağlıq ərazidə köməksiz qalan xarici ölkə vətəndaşlarını xilas ediblər (VİDEO)

Cəmiyyət Materials 9 Mart 2026 11:26 (UTC +04:00)
Xilasedicilər dağlıq ərazidə köməksiz qalan xarici ölkə vətəndaşlarını xilas ediblər (VİDEO)
Firayə Nurizadə
Firayə Nurizadə
Bütün xəbərlər

Bakı. Trend:

Ötən gecə Fövqəladə Hallar Nazirliyinin “112” qaynar telefon xəttinə güclü yağıntılar səbəbindən Xızı rayonunun Fındığan kəndi yaxınlığında dağlıq ərazidə 3 nəfərin avtomobildə köməksiz vəziyyətdə qalması barədə məlumat daxil olub.

Bu barədə Trend-ə FHN-dən məlumat verilib.

Bildirilir ki, məlumatla əlaqədar dərhal FHN-in Dövlət Yanğından Mühafizə Xidmətinin Siyəzən Rayon Yanğından Mühafizə Hissəsinin yanğınsöndürən-xilasediciləri çağırış üzrə cəlb olunub.

Hadisə yerində əməliyyat şəraiti qiymətləndirilərkən məlum olub ki, içərisində 3 nəfər xarici ölkə vətəndaşının olduğu “Toyota Prado” markalı minik avtomobili yoldan çıxıb palçıqda batıb və vətəndaşlar köməksiz vəziyyətdə qalıb.

Xilasedicilər xüsusi təyinatlı nəqliyyat vasitəsilə vətəndaşları təhlükəsiz əraziyə təxliyə ediblər.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti