Bakı. Trend:
Martın 9-u saat 11:00-a olan məlumatına əsasən ölkə ərazisində yağıntılı hava şəraiti müşahidə olunur. Bəzi yerlərdə qar yağır.
Trend Milli
Hidrometeorologiya Xidmətinə istinadən xəbər verir ki, qarın
hündürlüyü Şahbuzda 41, Zaqatalada (Əlibəy) 28, Daşkəsən, Qrızda
(Quba) 20, Kəlbəcər, Xınalıqda 17, Qaxda (Sarıbaş) 16, Lerikdə 15,
Laçın, Qubadlı, Qusarda (Laza) 14, Şəki (Kişçay), Xızıda 11,
Şahdağda 8, Şuşa, Gədəbəy, Oğuzda 7, Yardımlı, Xaltan, Şabranda 6,
İsmayıllıda 5, Qəbələdə 4, Göygöldə 3, Xankəndi, Xocalı, Füzuli,
Qobustanda 2 sm-dir.
Düşən yağıntının miqdarı Astarada 25, Lənkəranda 23, Ağsuda 10,
Sabirabadda 9, Balakəndə 8, Göyçay, Zərdabda 6, Cəlilabad,
Beyləqan, Kürdəmirdə 5, Mingəçevir, İmişli, Biləsuvar, Ağdamda 4,
Tərtər, Bərdə, Yevlaxda 3, Bakı və Abşeron yarımadasında eləcə də
Şamaxı, Naxçıvan, Şərur, Culfa, Ordubad, Sədərək, Naftalan, Gəncə,
Xaçmaz, Goranboy, Neftçalada 1 mm-dir.
Naftalan, Balakən, Qax (Sarıbaş), Şəki, Şamaxı, Qrızda duman
müşahidə olunur, görünüş məsafəsi 500 metrədək məhdudlaşır.
