...

Nazirlər Kabineti martın 13-də Milli Məclisdə hesabat verəcək

Cəmiyyət Materials 10 Mart 2026 10:36 (UTC +04:00)
Nazirlər Kabineti martın 13-də Milli Məclisdə hesabat verəcək
Əliş Abdulla
Əliş Abdulla
Bütün xəbərlər

Bakı. Trend:

Milli Məclisin yaz sessiyasının növbəti plenar iclasının tarixi və gündəliyi açıqlanıb.

Trend xəbər verir ki, növbəti plenar iclas martın 13-də keçiriləcək.

İclasda Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2025-ci ildə fəaliyyəti haqqında hesabatı müzakirə ediləcək.

Qeyd edək ki, “Azərbaycan Respublikasının Milli Məclisinin Azərbaycan Respublikasının Nazirlər Kabinetinə etimad məsələsinin həll edilməsi hüququnun əlavə təminatları haqqında” Konstitusiya Qanununa əsasən, Nazirlər Kabineti hər il martın 31-dək Milli Məclisin yaz sessiyasında Nazirlər Kabinetinin fəaliyyəti haqqında hesabat verir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti