Bakı. Trend:
Malta dronların hücumları ilə əlaqədar Azərbaycanla həmrəyliyini ifadə edir.
Trend-in məlumatına görə, bu barədə Malta Baş nazirinin müavini və xarici işlər və turizm naziri Yan Borq "X" sosial şəbəkəsində yazıb.
"Biz suverenliyi və regional sabitliyi təhdid edən istənilən hərəkəti qətiyyətlə pisləyir və təmkin, dialoq və beynəlxalq hüquqa tam hörmətin vacibliyini bir daha vurğulayırıq", - deyə paylaşımda bildirilib.
