Bakı. Trend:
AZCON Holding-in icraçı direktoru Şahin Babayevin rəhbərlik etdiyi nümayəndə heyəti Çinə səfər çərçivəsində Dövlət Şurasının Dövlət Aktivlərinə Nəzarət və İdarəetmə Komissiyasının (SASAC) Beynəlxalq Əməkdaşlıq Bürosunun baş direktoru cənab Zhu Kainin rəhbərlik etdiyi nümayəndə heyəti ilə görüş keçirib.
Görüş zamanı tərəflər arasında yüksəksəviyyəli dialoqun gücləndirilməsi və strateji əməkdaşlıq çərçivəsinin müəyyənləşdirilməsi məsələləri müzakirə olunub.
Eləcə də dövlət müəssisələrində islahatlar, fəaliyyətin qiymətləndirilməsi mexanizmləri, aktivlərin idarə edilməsi və rəqəmsal transformasiya istiqamətləri, həmçinin portfel şirkətlər arasında əməkdaşlıq imkanlarının genişləndirilməsi ilə bağlı fikir mübadiləsi aparılıb.