Bakı. Trend:
Qətər Silahlı Qüvvələri İran tərəfindən buraxılmış 17 ballistik raketi və 6 pilotsuz uçuş aparatını uğurla ələ keçirib, zərərçəkən yoxdur.
Trend-in məlumatına görə, bu barədə əmirliyin Müdafiə Nazirliyi bildirib.
“Bazar ertəsi günün ikinci yarısınadək Qətər Dövləti İran İslam Respublikası tərəfindən buraxılmış 17 ballistik raket və 6 pilotsuz uçuş aparatı ilə hücuma məruz qalıb. … Silahlı qüvvələrimiz 17 ballistik raketi və 6 pilotsuz uçuş aparatını heç bir itki olmadan uğurla ələ keçirib”, – deyə qurumun “X” sosial şəbəkəsində yayılan bəyanatda qeyd olunub.