...

Almaniyada evə meteorid düşüb (VİDEO)

Dünya xəbərləri Materials 9 Mart 2026 14:00 (UTC +04:00)
Almaniyada evə meteorid düşüb (VİDEO)
Fərhad Məmmədov
Fərhad Məmmədov
Bütün xəbərlər

Bakı. Trend:

Almaniyada atmosfer təbəqəsini dələrək parçalanmış meteoridin bir hissəsi Koblents şəhərində yaşayış evinə düşüb.

Trend xəbər verir ki, bu barədə Almaniyanın dövlət radioyayım şirkəti olan “Südwestrundfunk” (SWR) məlumat yayıb.

Bildirilib ki, təmas nəticəsində evin dam örtüyündə futbol topu böyüklüyündə dəlik əmələ gəlib. Kosmik cismin qırıntısı yataq otağına düşsə də, xoşbəxtlikdən heç kim xəsarət almayıb.

Digər qırıntıların isə Reynland Pfalts federal torpağında yerləşən malikanələrin ərazilərinə düşdüyü deyilir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti