...

Koronavirusa yoluxma artıb, ölüm halları azalıb - Son statistika

Dünya xəbərləri Materials 9 Mart 2026 15:48 (UTC +04:00)
Koronavirusa yoluxma artıb, ölüm halları azalıb - Son statistika
Fəridə Məmmədova
Fəridə Məmmədova
Bütün xəbərlər

Bakı. Trend:

Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) COVID-19-la bağlı son statistikanı açıqlayıb.

Trend ÜST-ə istinadən xəbər verir ki, son 28 günlük statistikaya əsasən, düyna üzrə koronavirusa yoluxma sayı artsa da, ölüm halları azalıb.

Belə ki, ötən 28 günlük dövrdə dünya üzrə kovidə 48 187 yoluxma qeydə alınıb. Yoluxma Braziliya və Yunanıstanda üstünlük təşkil edib. Ölüm hallarının sayı isə 1596 olub. Ölüm ABŞ, İsveç, Braziliya, Yunanıstan, Latviya və Estoniyada daha çox qeydə alınıb.

Xəstəxənaya yerləşdirilənlərin sayı isə 5543 nəfər olub. Bu hallar əsasən ABŞ, Böyük Britaniya, Şimali İrlandiya Birləşmiş Krallığı, Braziliya, Latviya, Polşa, Litva, Kolumbiya, Estoniya və Çexiyadan olub.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti