...

İrandan atılan ballistik raket Qaziantepə düşüb - Türkiyə MN

Dünya xəbərləri Materials 9 Mart 2026 16:12 (UTC +04:00)
İrandan atılan ballistik raket Qaziantepə düşüb - Türkiyə MN
İnqilab Məmmədov
İnqilab Məmmədov
Bütün xəbərlər

Bakı. Trend:

Türkiyə hava sahəsinə daxil olan ballistik raket zərərsizləşdirilib.

Trend xəbər verir ki, bu barədə Türkiyə Milli Müdafiə Nazirliyi məlumat yayıb.

Bildirilib ki, İrandan atılaraq Türkiyə hava sahəsinə daxil olan ballistik raket Şərqi Aralıq dənizində yerləşən NATO hava və raket müdafiə qüvvələri tərəfindən zərərsizləşdirilib.

"Bəzi sursat hissələri Qaziantepdə boş ərazilərə düşüb. Hadisə nəticəsində ölən və ya xəsarət alan olmayıb.

Türkiyə yaxşı qonşuluq münasibətlərinə və regional sabitliyə böyük önəm verir. Ancaq ölkəmizin ərazisinə və hava sahəsinə yönələn hər hansı bir təhdidə qarşı bütün lazımi addımların qətiyyətlə və tərəddüdsüz atılacağını bir daha vurğulayırıq. Türkiyənin bu istiqamətdəki xəbərdarlıqlarına əməl olunmasının hər kəsin maraqlarına xidmət edəcəyini xatırladırıq", - deyə nazirliyin açıqlamasında bildirilib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti