...

Almaniya XİN rəhbəri ölkə vətəndaşlarının İrandan təxliyəsinə görə Azərbaycana təşəkkür edib

Siyasət Materials 9 Mart 2026 14:58 (UTC +04:00)
Almaniya XİN rəhbəri ölkə vətəndaşlarının İrandan təxliyəsinə görə Azərbaycana təşəkkür edib
Əliş Abdulla
Əliş Abdulla
Bütün xəbərlər

Bakı. Trend:

Almaniya Federativ Respublikasının xarici işlər naziri Yohan David Vadeful Azərbaycan Respublikasının xarici işlər naziri Ceyhun Bayramova zəng vurub.

Bu barədə Trend-ə Xarici İşlər Nazirliyindən məlumat verilib.

Bildirilib ki, tərəflər regionda mövcud təhlükəsizlik vəziyyətini və Yaxın Şərqdə artan gərginliyin regional və qlobal təhlükəsizliyə təsirlərini müzakirə ediblər.

Almaniya naziri İranın ölkəmizə qarşı həyata keçirdiyi dron hücumlarından narahatlığını ifadə edib, hücumları qətiyyətlə pisləyib, ölkəmizlə həmrəy olduğunu bildirib.

Almaniya naziri ölkəsinin vətəndaşlarının İrandan təxliyəsi istiqamətində göstərilən dəstəyə görə Azərbaycan tərəfinə təşəkkür edib.

Telefon danışığı zamanı həmçinin Azərbaycan–Almaniya ikitərəfli münasibətlərinin inkişaf perspektivləri, eləcə də qarşılıqlı maraq doğuran digər regional məsələlər ətrafında fikir mübadiləsi aparılıb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti