Bakı. Trend:
“Böyük yeddilik” (G7) ölkələrinin maliyyə nazirləri bazar ertəsi fövqəladə hallar üçün nəzərdə tutulmuş neft ehtiyatlarının istifadəyə verilməsi imkanını müzakirə edəcəklər.
Trend-in məlumatına görə, bunu Fransa hökumətindəki mənbə Yaxın Şərqdə mövcud münaqişə fonunda neftin qiymətlərinin kəskin artmasını “Reuters” agentliyinə şərh edərkən bildirib.
Danışıqlar barədə ilk olaraq “Financial Times” qəzeti məlumat yayıb və müzakirələrə Beynəlxalq Enerji Agentliyinin də qoşulacağını vurğulayıb. Qəzetin yazdığına görə, ABŞ da daxil olmaqla “Böyük yeddilik” ölkələrindən üçü artıq bu ideyanı dəstəklədiyini ifadə edib.