Bakı. Trend:
İranın Ankaradakı səfiri Məhəmməd Həsən Həbibullazadə Türkiyənin Xarici İşlər Nazirliyinə çağırılıb.
Trend-in məlumatına görə, səfirin çağırılması İran ərazisindən buraxılan və Türkiyə hava məkanına daxil olduqdan sonra vurulan ballistik raketlə bağlı olub.
Məlumata əsasən, səfirə Ankaranın hadisə ilə bağlı narahatlığı bildirilib.
Rəsmi Ankara Tehrandan izahat tələb edib.
