Bakı. Trend:
İrana edilən xəbərdarlıqlarımıza baxmayaraq, Türkiyənin dostluğuna xələl gətirəcək son dərəcə səhv və təxribatçı addımlar atılmağa davam edir.
Trend-in məlumatına görə, bu barədə Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan Nazirlər Kabinetinin iclasından sonra çıxışında deyib.
Türkiyə prezidenti bildirib ki, min illik qonşuluq və qardaşlıq münasibətlərimizə kölgə salacaq bir plana əl atmamalıyıq.
"Biz NATO və digər müttəfiqlərimizlə koordinasiyalı şəkildə hadisələri izləməyə davam edəcək və təhlükəsizliyimizi gücləndirmək üçün əlavə tədbirlər görəcəyik", - deyə o əlavə edib.
