...

"Kəpəz" "Zirə"dən xal alıb - Misli Premyer Liqası

İdman Materials 9 Mart 2026 21:24 (UTC +04:00)
"Kəpəz" "Zirə"dən xal alıb - Misli Premyer Liqası

Bakı. Trend:

Futbol üzrə Misli Premyer Liqasında XXIII turun daha bir oyunu keçirilib.

Trend-in məlumatına görə, “Zirə” öz meydanında “Kəpəz”i qəbul edib. Qarşılaşma 2:2 hesablı heç-heçə ilə yekunlaşıb.

XXIII turun əvvəlki oyunlarında "Sumqayıt" səfərdə "Karvan-Yevlax"la 1:1, "İmişli" "Şamaxı" ilə 0:0 hesablı heç-heçə edib, “Qarabağ” isə doğma meydanda “Araz-Naxçıvan”a 6 cavabsız qolla qalib gəlib.

Tura martın 10-da yekun vurulacaq.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti